• HADİSƏ

    07:42 13 dekabr 2020

Bakıda "Niva" bir neçə maşını əzib, sürücü isə hadisə yerindən yayınıb - FOTO

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Niva" markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan "VAZ 2115" və iki "Hyundai" markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb. "Hyundai"ın sürücüsü Cavid Xəlilovun APA-ya verdiyi məlumata görə, "Niva" yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra "Niva" markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O, APA-ya bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR