Bakıda ofisdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da rayon ərazisindəki ofislərin birindəki seyfdən 5900 manat, 2450 ABŞ dolları və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb.