• HADİSƏ

    11:07 20 may 2019

Bakıda oğul anasını qətlə yetirdikdən sonra meyitini yandırıb

Bakıda qətl törədilib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tahir Bağırov ailə daxili münasibətləri zəminində anası, 77 yaşlı Rübabə Bağırovanı boğaraq öldürüb. T.Bağırov anasını öldürdükdən sonra meyiti yandırıb.

Həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR