Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONA-nın məlumatına görə, 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu Sahil qəsəbəsində yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov ONA-ya verdiyi müsahibədə bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.
Nurlan Əli