Bakının Nəsimi rayonunda şəhər sakini müəmmalı şəraitdə bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsi, 46 ünvanında baş verib.
1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxananın növbətçi həkimi Bəhram Zeynalovun APA-ya verdiyi məlumata görə, yaralı bıçaq xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.