Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.
ONA-nın xəbərinə görə, Nobel prospektində təxminən 45-50 yaşlı kişi yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ölən piyadanın kimliyi araşdırılır.