Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində bir neçə gün əvvəl özünü asaraq öldürən gəncin bacısı da intihara cəhd edib.
ONA-nın məlumatına görə, sirkə turşusu içərək intihara cəhd edən 1996-cı il təvəllüdlü Aysel Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda A.Kərimovanın vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Salyan rayon sakini, Maştağa qəsəbəsində yaşayan 19 yaşlı Kərimov Asim Bakir oğlu fevralın 16-da özünü asıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hər iki fakt üzrə araşdırma aparılır.