Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, 4-cü mikrorayon Mircəlal Paşayev küçəsində yaşayan, 1990-ci il təvəllüdlü Ə. Rüstəmova özünü yaşadığı evin yataq otağında asıb. Bundan xəbər tutan anası onu xilas edib.
Qız boğulmuş vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu xilas edə bilib.
Fakt Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Nurlan Əli