• HADİSƏ

    09:11 25 may 2019

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR