Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
ONA xəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.
Belə ki, Pakistan vətəndaşı olan turist "Pizza-Inn" restoranından çıxarkən qəfildən naməlum şəxs onun qarşısını kəsib və bıçaqla hədə-qorxu gələrək əlindəki çantanı alıb. Çantanın içərisində pul və sənədlər olub.
Bununla bağlı Nəsimi Rayon Polis İdarəsi araşdırma aparır. Hadisıni törədən şəxs restoranın kameraları vasitəsilə qeydə alınıb.