Bakının Sabunçu qəsəbəsində piyada vurulub.
ONA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Ramil Məmmədov idarə etdiyi “VAZ 21014” markalı avtomobillə yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Dunay Əhmədov oğlunu vurub. Sürücü ağır bədən xəsarətləri alan piyadanı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıb. Kəllə-beyin travması, çənə və burun sınığı diaqnozu qoyulan D.Əhmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.