• HADİSƏ

    00:42 14 mart 2019

Bakıda piyada zolağında qəfil peyda olan şəxs qəzaya səbəb olub - VİDEO

Paytaxtda zolağa qəfildən daxil olan piyada yol qəzasına şərait yaradıb.

ONA-nın məlumatına görə, hadisə Bakının Nizami rayonunda qeydə alınıb. Rüstəm Rüstəmov küçəsində yerüstü piyada zolağında qəfildən piyadanı görən "Mercedes" markalı avtomobilin sürücüsü Qabil Məmmədov əyləcdən istifadə edib. Bu zaman arxadan gələn digər "Mercedes" markalı avtomaşın ona çırpılıb. Nəticədə sonuncu avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR