Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb
  • HADİSƏ

  • 04:12 31 May 2019

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, "Nissan" markalı minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağabalayev Şahid Atabala oğlunu vurub.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Ş.Ağabalayevə ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisədən sonra ərazidən yayınan sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Teqlər: Bakı qəza piyada

OXŞAR XƏBƏRLƏR