Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədib qaçan şəxs axtarılır.
ONA-nın məlumatına görə, aprelin 22-də saat 22.00 radələrində istintaqa məlum olmayan şəxs idarə etdiyi “Audi A8” markalı 10-SR-111 dövlət nömrə nişanl avtomobillə Nobel prospektində hərəkətdə olan zaman piyada Ağayev Şamo Firudin oğlunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılıb.