• HADİSƏ

    11:24 29 aprel 2019

Bakıda sürücü piyadanı vururaq qaçıb

Paytaxtın Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, aprelin 27 –də saat 21 radələrində Zığ qəsəbəsindən mərkəz istiqamətinə olan yolda piyada Məmmədov İlqar Şükür oğlu avtomobillə vurulub. Nəticədə İ.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzanı törədən şəxs isə hadisə yerindən yayınıb.

Məlumat əsasında hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Əməliyyat tapşırığı verilib. Cinayət törədən şəxsin “Təhlükəsiz Şəhər” kameraları görüntülərinin əldə edilməsi üçün müvafiq tədbirlər görülüb və digər təxirə salınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR