Bakının Nizami rayonunda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb.
ONA-nın məlumatına görə, aprelin 20-də saat 23 radələrində naməlum avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Əliyev Elvin Rafael oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü isə qaçıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.