Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
1992-ci il təvəllüdlü Əliyeva Leyla Aqil qızı yolu keçərkən onu yük avtomobili vurub. Yaralı komatoz vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.