Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
İyunun 20-si 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızı yaşadığı evdə keçmiş həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hkəkimlərin səyinə baxmayaraq o, bu gün dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi başlanılıb.