Paytaxın Səbail rayonunda evə girərək soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da Ə.Baxçalıyevanın evinə girib ona zor tətbiq edərək, içərisində 200 manat pul və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.