• HADİSƏ

    12:01 29 may 2019

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Paytaxtın Binəqədi rayonunda silsilə oğurluqlar və soyğunçuluq törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsibub 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlaması da müəyyən edilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR