• HADİSƏ

    04:18 24 fevral 2021

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonun yaşlı qadını avtomobil vurub.

APA xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

1958-ci il təvəllüdlü Məmmədova Adilə Qəzənfər qızı yaşadığı evdən çıxıb yolun əks tərəfinə keçən zaman onu minik avtomobili vurub.

Yaralı bel fəqərələrinin əziyi və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR