Bakının Xəzər rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Hüseynova Natəvan Namiq qızını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.