Bakıda qadını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb
  • HADİSƏ

  • 00:01 14 May 2019

Bakıda qadını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Sultanova Səkinə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR