Bakının Səbail rayonu ərazisində 55 yaşlı qadın döyülüb.
ONA xəbər verir ki, M.Hüseyn küçəsində yerləşən restoranda Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı orada naməlum şəxsin
fiziki zorakılığına məruz qalıb.
Bildirilir ki, həmin vaxt qadının 221 manat pulu da əlindən alınıb.
Hazırda polis araşdırmalar aparır.