Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin əməkdaşları soyğunçuluq edən şəxsi saxlayıb.
DİN-in Mətbuat Xİdmətindən ONA-ya verilən məlumata görə, əməliyyat tədbirləri daxil olmuş şikayət əsasında həyata keçirilib.
Belə ki, Bakı şəhər sakini olan qadın polisə müraciət edərək, martın 14-də Yeni Yasamal yaşayış massivi ərazisində naməlum şəxsin ona zor tətbiq edərək, içərisində müəyyən məbləğdə pul olan portmanatını aldığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.