• HADİSƏ

    19:06 3 aprel 2019

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır - FOTO

Bakıda iki qadına qarşı soyğunçuluq edən Şahin Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bu barədə zərərçəkən 21-ci Polis Bölməsinə məlumat verib. Qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Teqlər:

SON XƏBƏRLƏR