Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km. olan zaman onun qabağına qəfil piyada çıxıb.
Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub.
A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.