• HADİSƏ

    19:13 31 mart 2019

Bakıda qardaş qardaşı güllələyib

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində iki qardaş Hacı Kamran və Hüseynbala Şamilovlar arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Nurlan Əli

Nurşən

Teqlər:

SON XƏBƏRLƏR