Bakıda qatar minik avtomobilini vurub.
ONA-nın məlumatına görə, hadisə Qala yolunda qeydə alınıb. Qatar dəmir yolunu keçən minik avtomobilini vurması nəticəsində bir nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov ONA-ya bildirib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 11.20 də daxil olub. Hadisə yerinə çıxan təcili yardım briqadası 29 yaşlı qadını müştərək travmalarla 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb.
Qəza nəticəsində xəsarət alan xanımın vəziyyəti orta ağır kimi qiymətləndirilir.