• HADİSƏ

    16:35 29 mart 2019

Bakıda qayda pozan sürücü və piyadalara qarşı reyd keçirilir - FOTO

Bakıda qayda pozan hərəkət iştirakçılarına qarşı kütləvi reyd keçirilir.

ONA-nın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Yasamal rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qanunla qadağan olunan yerlərdən piyadaların keçməsi ilə əlaqədar rayon ərazisində reyd keçirir. Reydlər piyada keçidləri olan ərazidə, nəqliyyat axınının intensiv olduğu ərazilərdə təşkil olunub.

Reyddə qayda pozan hərəkət iştirakşıları ilə profilaktiki söhbətlər aparılıb, onalara yol verdikləri inzibati xətanın təhlükəlilik dərəcəsi izah edilib. Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı nəqliyyat axınının intensiv olduğu küçə və prospektlərdə, yol ayrıclarında diqqətli olmalı, özünü və digərlərinin hüquq və vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar. Çünki yol hərəkəti təhlükəsizliyi təkcə bir fərdin yox, bütövlükdə cəmiyyəti maraqlandıran məsələdir.

Yasamal DYPŞ-nin inspektoru Məsim Hüseynzadə ONA-ya bildirib ki, 2019-cu ilin ilk 3 ayı ərzində Yasamal rayonunda 5 piyada vurma hadisəsi qeydə alınıb. Piyadalardan biri dünyasını dəyişib, digərləri isə müxtəlif bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qadağan olunmuş yerlərdən keçən piyadalar İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə olunurlar.

Onu da qeyd edək ki, qayda pozan hərəkət iştirakçılarına qarşı keçirilən kütləvi reydlər paytaxtın bütün rayonlarını əhatə edir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR