Bakının Suraxanı rayonunda yeznəsini bıçaqla qətlə yetirən və baçısını ağır yaralayan şəxs hadisə yerindən qaçıb.
APA xəbər verir ki, o, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib.
Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.
****
22:37
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.
Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.