• HADİSƏ

    16:20 10 aprel 2019

Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğul həbs edilib - FOTO

Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğul həbs edilib.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, ötən ilin oktyabr ayından bu il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqdan 1050 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub. Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Etibar Dostəliyev, oğlu Cəbrayıl Dostəliyev və paytaxt sakini Tayfun Sarıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR