Bakının Balaxanı qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan 700 manat dəyərində dəmir çərçivələr oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.