Bakının Yasamal rayonunda qətl hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, 35 yaşlı Fərid Məmmədov Həsən bəy Zərdabi küçəsində naməlum şəxslə mübahisə zəmnində bıçaqlanıb.
O, ürək nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
F.Məmmədovun meyiti Məhkəmə Tibbi Ekapertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatları və kimin tərəfindən törədildiyi araşdırılır.