Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 26-na təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb. Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.