• HADİSƏ

    11:29 17 aprel 2019

Bakıda qətl törədən yeniyetmənin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən E.Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Yetkinlik yaşına çatmayan E.Bayranovun qanuni nümayəndəsi kimi anası tanınıb.

Məhkəmə baxışı aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 2003-cü il təvəllüdlü E.Bayramov kirayə yaşadığı evdə evin sahibi 1974-cü il təvəllüdlü Əhəd Əhmədovu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, E.Bayramov saxlanılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR