• HADİSƏ

    18:53 16 iyul 2019

Bakıda qəza nəticəsində tıxac yaranıb

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir qədər əvvəl paytaxtın Neftçilər prospektində (Nobel prospekti istiqaməti, “Port Baku”nun qarşısında) yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə hadisə baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR