• HADİSƏ

    10:59 1 aprel 2019

Bakının mərkəzində ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə bu gün Mərkəzi Bankın qarşısında qeydə alınıb. Minik avtomobili dayanacaqda marşrut gözləyən qadını vurub. Daha sonra maşın avtobusa çırpılıb. Qəza nəticəsində qadın və minik avtomobilinin sürücüsü ölüb.

Səhiyyə Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən başqa daha iki nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR