• HADİSƏ

    02:21 19 yanvar 2021

Bakıda qəza zamanı taksidə olan sərnişin ağır xəsarət alıb - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyoto” markalı nəqliyyat vasitəsi Azadlıq prospekti ilə hərəkətdə olan zaman “Hyundai” markalı avtomobil ona çırpılıb.

Qəza nəticəsində “Toyoto”da olan sərnişin qadın ağır xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR