• HADİSƏ

    03:11 27 sentyabr 2019

Bakıda qəzaya uğrayan sürücü döyülüb - FOTO

Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Həsənov Rəşad Rafiq oğlu idarə etdiyi "BMW" markalı avtomobillə Mirəli Qaşqay küçəsinə dönmək istəyərkən "Lada Priora" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Daha sonra R.Həsənov "Lada"-dakı sürücü və sərnişinlər tərəfindən döyülüb. Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb.

Döyülən sürücü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR