• HADİSƏ

    06:10 9 oktyabr 2020

Bakıda qonşusu tərəfindən gəncin əli kəsilib

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfərin əli biləkdən kəsilib.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Dəniz küçəsi, döngə 2 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Quluzadə Səbuhi Rəsul oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava edib.

Dava zamanı S.Quluzadənin sol əlinin bilək və barmaq nahiyəsi bıçaqla kəsilib.

Yaralı çoxlu qan itirib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR