• HADİSƏ

    16:05 26 fevral 2019

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib.

Teqlər:

SON XƏBƏRLƏR