• HADİSƏ

    02:48 24 mart 2019

Bakıda qoşa xəttin tələbini pozan sürücü qəza törədib - FOTO - VİDEO

Bakıda üç avtomobil toqquşub.

ONA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Şövkət Məmmədova küçəsində “Mercedes” markalı avtomobil qoşa xəttin üzərində geriyə dönmə əməliyyatı yerinə yetirərəkən, digər nəqliyyat vasitələrinin yoluna çıxıb. Bu zaman “Lexus” markalı avtomobil ona çırpılıb. Daha sonra digər "Mercedes" markalı avtomobil də “Lexus”a dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq hər üç avtomobilə ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR