• HADİSƏ

    16:50 22 fevral 2019

Bakıda qumbara tapılıb - FOTO

Bu gün saat 11:08-də Daxili İşlər Nazirliyinin (DİN) “102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan ONA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin FHN əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında Agentliyin mütəxəssisləri tərəfindən 500 kv.m ərazi yerüstü, 20 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR