Bakıda restoranda orta yaşlı kişini elektrik cərayanı vurub.
ONA-nın məlumatına görə, hadisə Səbail rayonunda baş verib.
"Aysberq" restoranında işləyən 1981-ci il təvəllüdlü Abbasov Pərviz Məhərrəm oğlu çalışdığı iaşə obyektində iş görərkən elektrik cərəyanının vurması nəticəsində xəsarət alıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.