• HADİSƏ

    15:54 4 aprel 2019

Bakıda restoranda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Bakı şəhər Baş Polis İdarəsi paytaxtdakı restoranlardan birində baş verən silahlı insidentə münasibət bildirib.

İdarədən ONA-ya verilən məlumatda qeyd olunur ki, aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.

Saat 09:14

***

Binəqədi rayonunda yerləşən "Çeşməli" restoranında qohumlar arasında mübahisə düşüb, mübahisə atışma ilə nəticələnib.

ONA-nın məlumatına görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə-beyin travması alıb. O da KTM-ə yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR