• HADİSƏ

    15:35 13 may 2019

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atıb - YENİLƏNİB - RƏSMİ

Bakıda məktəblinin yıxılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən ONA-ya verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən ONA-ya bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

***

Saat 14:49

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.

ONA-nın məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR