• HADİSƏ

    13:31 4 aprel 2019

Məktəb: "Şagird 3-cü mərtəbədən yıxılıb" - YENİLƏNİB

Bakının Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən ONA-ya verilən xəbərə görə, məktəbin VIII sinif şagirdi tədris müəssisəsinin III mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

13:19

Bakının Səbail rayonunda yerləşən 162 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.

ONA-nın xəbərinə görə, məktəbin VIII sinif şagirdi, 2004-cü il təvəllüdlü Yelena Hacıyeva özünü tədris müəssisəsinin 3-cü mərtəbəsindən atıb.

1 saylı şəhər klinik xəstəxanasına çatdırılan Y. Hacıyevanın vəziyyəti orta-ağır qiymətləndirilir. Ona çanaq və qabırğaların sınığı diaqnozu qoyulub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR