Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Zaur Stumbinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, iş materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu ilin fevralında Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə əməliyyat tədbiri həyata keçiriblər. Nəticədə paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, təkrar törədildikdə) 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparılan zaman atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 7,62 kalibrli 9 patron aşkarlanaraq maddi sübut kimi götürülüb.