Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 02:29 19 Oktyabr 2019

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO - VİDEO

 

Yasamal rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Mətbuat prospektində baş verib.

Belə ki, Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. 

Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş” markalı avtomobilin sürücüsünün avtomobilə dair heç bir sənədi olmayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR